Ukrayna və Gürcüstan iyulun 1-dən sərnişin təyyarə reyslərini bərpa edə bilər

Ukrayna aviaşirkətləri artıq Gürcüstana sərnişin təyyarə uçuşlarını bərpa etməyə hazır olduqlarını bildirərək ölkəmizə müraciət ediblər. GAXA-nın məlumatına görə, Publika.az UNN-ə istinadən xəbər verir ki, bu barədə İnfrastruktur naziri Vladislav Krikliy məlumat verib.

Belə ki, nazir Krikliy Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava ilə onlayn vasitəsilə söhbət etdiyini, Gürcüstanın iyulun 1-dən müntəzəm beynəlxalq uçuşlar üçün hava sərhədlərini açmağa hazır olduğunu söyləyib.

"Hər iki ölkənin xarici işlər nazirlikləri ilə əlaqəli müntəzəm sərnişin reyslərini bərpa etmək üçün tez və sinxron hərəkət etməyə hazırıq. Ukrayna aviaşirkətləri artıq Gürcüstan tərəfinə uçuşları bərpa etməyə hazır olduqlarını bildirərək müraciət ediblər", - Krikliy yazıb.

Xatırladaq ki, nazir Krikliy beynəlxalq hava əlaqələrini bərpa etmək üçün işlərə başladığını elan edib.

Görüşdə iqtisadiyyatın digər sahələrində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edildi. Natia Turnava həmkarına qlobal şirkətləri ölkəyə cəlb etməyi hədəfləyən böhrandan sonrakı dövrdə Gürcüstan hökumətinin investisiya siyasəti barədə məlumat verdi.

GAXA.ge