Gürcüstan da daxil olmaqla altı ölkənin xarici işlər nazirləri Krım tatarlarının repressiyalarını pisləyiblər

Gürcüstan, Ukrayna, Polşa, Latviya, Litva və Estoniya Xarici İşlər Nazirlərinin Krım tatarlarının deportasiyasının 76-cı ildönümü ilə əlaqədar qəbul edilmiş birgə bəyanatında "Altı ölkə, o cümlədən Gürcüstan Krım tatarlarına qarşı repressiyaları pisləyir",- deyilib. GAXA-nın məlumatına görə, birgə bəyanatda qeyd olunub ki, sovet rejimi tərəfindən Krım tatarlarının tarixi yaşayış ərazilərindən - Krımdan Krımın, Özbəkistanın, Qazaxıstanın və Rusiyanın uzaq ərazilərinə sürgün edilməsi nəticəsində deportasiya olunanların demək olar ki, yarısı dünyasını dəyişib. Digərləri mədəni və dil assimilyasiyasına məruz qalıblar, onların 1989-cu ilə qədər Krıma qayıtmalarına icazə verilməyib.

Altı ölkənin xarici işlər nazirləri Krım tatarlarının faciəsinin 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra təkrarlandığını qeyd ediblər.

"Stalinin totalitar rejimini tərifləyən Rusiyanın 21-ci əsrdə müvəqqəti işğal edilmiş Krıma qarşı cinayət siyasətini davam etdirməsi heç də təsadüfi deyil: bu, Krım tatarlarının Məclisinə qadağa, sistemli repressiyalar, Krım tatarlarının mühakimə olunması və Rusiya ərazilərinə qarşı silahlı təcavüzə müqavimət göstərən Ukraynanın bütövlük hüquqlarının pozulmasıdır. Bu, Krımın yerli əhalisi olan minlərlə Krım tatarlarını evlərini tərk etməyə və Ukraynanın qitə hissəsinə köçməyə məcbur edib",-bəyanatda deyilib.

Xarici işlər nazirləri deportasiya qurbanlarının xatirəsini ehtiramla yad edir və Krım tatarlarının öz hüquqları uğrunda mübarizələrində dəstəyini ifadə edir, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini və Krım tatarlarına qarşı yeni repressiyaları pisləyir.

GAXA.ge