Natia Turnava: “Biz Gürcüstanı turizm dünyasında təhlükəsiz bir ölkə kimi tanıtmaq istəyirik”

Gürcüstanın İqtisadiyyat naziri Natia Turnavanın sözlərinə görə, dünya Gürcüstanı turizm dünyasında təhlükəsiz bir ölkə olaraq tanımalıdır. GAXA-nın məlumatına görə, Natia Turnava bildirib ki, bu günlərdə səfirliklər Gürcüstanın iyulun 1-də beynəlxalq qonaqlar üçün turizm bazarını uğurla açması üçün əllərindən gələni etməlidirlər.

“İndiyə qədər bizi qədim adət-ənənələri, tarixi və gözəl təbiəti olan bir ölkə kimi tanıdılar. İndi bir çox başqa ölkələrin edə bilmədiyi Covid-19-a qarşı uğurla mübarizə aparan bir ölkə kimi tanınırıq. Bu gün virusun cəbhə xətti diplomatik korpuslarımızdan, səfirliklərimizdən keçir və bu, baş nazirin diplomatik korpuslarımıza mesajı idi. İyulun 1-də hökumətimiz turizm bazarımızı beynəlxalq qonaqlar üçün uğurla aça bilməsi, müxtəlif ölkələrin hökumətlərinə nə qədər təhlükəsiz və səmərəli olduğumuz, habelə tətbiq etdiyimiz qaydaları fərqli ölkələr üçün tam şəkildə təqdim etmələri üçün əllərindən gələni etmələri lazımdır. Bu münasibətlər çərçivəsində biz yaşıl dəhlizlər açmalıyıq ki, turistlər bizim ölkəmizə gəlsinlər”,-deyə Natia Turnava bildirib.

GAXA.ge