Paata İmnadze Muşevani (Dəllər) kəndini İtaliya adlandırıb

Bolnisi rayonunda koronavirus barədə baş verənlərə sakinlər inanmırlar və bunun ümumi bir qrip olduğunu düşünürlər və bu nələr baş verə biləcəyinə bir nümunədir. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin direktor müavini Paata İmnadze bildirib.

İmnadze Hatisopeli və Mushevani (Dəllər) kəndlərinin kiçik kənd olduğunu bildirib, lakin o, deyib ki, virusun yayılma dinamikasına görə həmin kəndləri nəzərdən keçirsək, demək olar ki, bu kəndlər İtaliyadır. Buna görə də bu kəndlərdə sərt karantin elan olunub.

Hökumətin yaratdığı StopCov.ge saytında yayımlanan son məlumatlara görə, Gürcüstanda COVID-19 virusuna 701 nəfər yoluxub, üç Gürcüstan vətəndaşı digər ölkələrdən müalicə üçün gətirilib, 432 xəstə sağalıb, 12 nəfər dünyasını dəyişib.

GAXA.ge