Mayın 20-dən Türkiyəyə müalicə üçün gedən Gürcüstan vətəndaşlarına qoyulan məhdudiyyət ləğv ediləcək

“Türkiyə Səhiyyə Nazirliyinin qərarına əsasən, mayın 20-dən başlayaraq, pandemiya səbəbi ilə ölkəyə daxil olan xəstələrin müalicəsi üçün tətbiq olunan məhdudiyyətlər qaldırılacaq. Bu relyef Gürcüstan da daxil olmaqla 31 dövlətin vətəndaşlarına aiddir. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın Türkiyədəki səfiri Qeorqi Cancqava bildirib.

Türkiyə Səhiyyə Nazirliyi, ölkəyə girmə, xəstəxanaya yerləşdirmə, müalicəyə gedən insanların təcrid edilməsi üçün müvafiq bir prosedur qurub. Nazirlik, həmçinin xəstələri müalicə üçün müşayiət edən şəxslər olaraq ölkəyə daxil olan vətəndaşlar üçün qaydalar / standartlar hazırlayıb",- deyə diplomat qeyd edib.

GAXA.ge