Gürcüstanda koronavirusa yoluxanların mənbəyi müəyyənləşdirilir

Ötən gün Gürcüstanda ölümcül koronavirus infeksiyası ilə altı yeni yoluxma hadisəsi aşkar edilib. GAXA-nın məlumatına görə, Gürcüstan epidemioloqları bu mərhələdə koronavirusu olan altı yeni xəstədən ikisində infeksiya mənbəyini müəyyənləşdirirlər,- deyə yoluxucu xəstəliklər xəstəxanasının müalicə bölməsinin rəhbəri Marina Ezugbaia jurnalistlərə açıqlamasında bildirib.

Bildirilib ki, ötən gün ölkədə koronavirusa yoluxanların sayı altı nəfər artıb və fevralın 26-dan bəri yoluxanların ümumi sayı 677 nəfər olub.

"Dörd yeni infeksiyanın mənbələri məlumdur, karantindədirlər və mövcud mənbələrdən yoluxmuşlar. İki xəstənin araşdırmaları davam edir",- deyə Ezuqbaia jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bütün yeni yoluxmuşların vəziyyəti qənaətbəxşdir.

Bu günə qədər 247 koronavirus xəstəsi klinikalarda müalicələrini davam etdirir. Artıq 419 xəstə evə buraxılıb, 12 nəfər ölüb.

GAXA.ge