Gürcüstanda koronavirus infeksiyası hallarının sayı yenidən artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 6 nəfər artaraq 683-ə çatıb. GAXA-nın məlumatına görə, Gürcüstan hökumətinin stopcov.ge xüsusi saytının verdiyi məlumata görə, 419 nəfər sağalıb, 12 nəfər dünyasını dəyişib, 3822 nəfər karantin rejimindədir, 360 xəstə müşahidə altındadır.

Həmçinin, üç Gürcüstan vətəndaşı koronavirus diaqnozu ilə xaricdən ölkəyə gətirilib.

Martın 21-də Gürcüstanda Koronavirus pandemiyası ilə əlaqədar bir aylıq fövqəladə vəziyyət elan edilib. Hökumət daha sonra fövqəladə vəziyyət rejimini 22 maya qədər uzadıb.

Gürcüstanda ilk koronavirus hadisəsi fevralın 26-da qeydə alınıb. Martın 31-dən etibarən ölkə daxilində karantin rejimi qüvvədədir. Axşam 21: 00-dan səhər 06: 00-a qədər komendant saatı da tətbiq olunub.

Aprelin 27-dən etibarən ölkədə tətbiq olunan məhdudiyyətlər tədricən qaldırılıb.

GAXA.ge