Gürcüstan hökuməti kənd təsərrüfatının inkişafı üçün yeni plan hazırlayıb

Gürcüstan hökuməti may ayının 20-dən fermerlərə və kənd təsərrüfatının inkişaf etdirilməsinə kömək etmək üçün yeni plan hazırlayıb. GAXA-nın məlumatına görə, fermerlər qeydə alınan 1 hektar ərazi üçün 850 laridən 1700 lariyədək yardım alacaqlar.

Məlumatda bildirilib ki,10 hektar üçün 2000 lari (1 hektara 200 lari) kömək ayrılmağı nəzərdə tutulub.

* Məbləğ 1 hektardan az əraziyə nisbətdə paylanır.

Fermerlər 1 hektar üçün 150 litr dizel yanacağı (bazar qiymətindən 1 lari az) almaq imkanı əldə edəcəklər.

Fermerlərin meliorasiya borcları sıfırlanır və onlar 2020-ci il üçün vergidən azad olunurlar.

Fermerlər beynəlxalq standartların tətbiqi üçün 15000 lariyə qədər qrant almaq imkanına malik olacaqlar.

Yerli südçülük təsərrüfatının inkişaf etdirilməsi üçün 80% qrant alacaqlar.

Fermer 3 illik aqro sığorta üçün 70% birgə maliyyələşdirmə edə bilər.

Aqropotexnika və damlama sistemlərinin təşkili üçün 50% qrant ayırmaq mümkün olacaq.

Aqrokreditlər üzrə 17%-ə qədər birgə maliyyələşdirmə mümkün olacaq.

Qaynar xətt - 15 01

Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın bəyanatına əsasən, fermerlər yardım almaq üçün mayın 20-dən Kənd Təsərrüfatı Nazirliyinin şöbələrinə müraciət edə biləcəklər.

Kənd təsərrüfatının inkişafı planının təqdimatında baş nazir Qaxaria bildirib: "Fermerlər mayın 20-dən Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələri ilə əlaqə qura biləcəklər və bu da çox vacibdir, çünki bildiyiniz kimi, indi yaz tarla işləri davam edir. Bütün bu yardımlar təxminən 200.000 fermerə təsir edəcək və bu yardımın tam büdcəsi 300 milyon lari təşkil edəcək ",- deyə baş nazir bildirib.

GAXA.ge