Bu gün Gürcüstanda Müdafiə Günü qeyd edilir

Bu gün Gürcüstanda Müdafiə Günü qeyd edilir. GAXA-nın məlumatına görə, bu əlamətdar gün münasibətilə ölkə rəhbərliyi-prezident, baş nazir, müdafiə naziri, parlament sədri və digər rəsmi şəxslər Tiflisdəki Qəhrəmanlar Meydanındakı abidəni gül-çiçək dəstələri ilə ziyarət ediblər. Məlumatına görə, Gürcüstanın Müdafiə Naziri İrakli Qaribaşvili ölkə silahlı qüvvələrini əlamətdar gün ilə əlaqədar təbrik edib. Nazir təbrikində qeyd edib:
"Bütün əsgərləri Müdafiə günü münasibətilə təbrik edirik!
Əsgərlərimiz ləyaqətli, qürurlu insanlardır, ölkəmizə ehtiyacı olduqda cəbhə xəttində görünən və ya görünməyən düşmənə qarşı dururlar.
Gürcüstan Müdafiə Qüvvələri adlanan birləşmiş, güclü bir ailənin üzvü olmaq mənim üçün böyük şərəfdir!
Layiqli iş üçün təşəkkür edirik!"

GAXA.ge