Fermerlər suvarma vergisindən azad olunacaqlar

Böhranla mübarizə planına əsasən, fermerlər hektara 70 lari təşkil edən suvarma vergisindən azad olacaqlar. GAXA-nın məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri Levan Davitaşvili açıqlama verib.

 Nazir faiz dərəcəsi dövlət tərəfindən tam ödənilən aqrokreditlərdən də danışıb. "Aqrokredit çərçivəsində bank faizi 5 ilə 100 000 lari arasında olan kreditlərin tam birgə maliyyələşdirilməsini nəzərdə tutan yeni bir komponent meydana gəlib.

Nazir bir illik becərilən məhsullar üçün alınan kreditlərə 50% zəmanət verildiyini deyib və bununla girov məsələsində maliyyə qurumları ilə fermerlərin əlaqəsinin asanlaşdırması və asanlıqla kredit götürməsinin təmin ediləcəyini bildirib .

GAXA.ge