Türkiyədən Gürcüstana gələn 3 nəfərdən birində və Ermənistandan gələn 2 nəfərdə koronavirus təsdiqlənib

Türkiyədən gələn 3 nəfərdən birində və Ermənistandan gələn 2 Gürcüstan vətəndaşlarında koronavirus təsdiqlənib. GAXA-nın məlumatına görə, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezugbaia məlumat verib.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş xəstələr Tiflisdəki tibb müəssisəsində müalicə alırlar, ancaq bunları ayrıca nəzərdən keçirməliyik.

Qeyd olunub ki, Gürcüstanda 233 təsdiqlənmiş koronavirus hadisəsi var. 54 xəstə sağalıb.

GAXA.ge