Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Gürcüstanın Baş nazirinə təşəkkür edib

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus Twitter mesajında Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar ​​Gürcüstanın Baş naziri Qiorqi Qaxariyaya təşəkkür edib. GAXA-nın məlumatına görə, Ümumdünya Sağlamlıq Günü hər il 7 aprel - Ümumdünya Səhiyyə Təşkilatının 1948-ci ildə qurulduğu gün olaraq qeyd olunur. Bu tarixi andan bəri dünyanın 194 ölkəsi ÜST-yə üzv olub. Gürcüstan 16 may 1992-ci ildə ÜST-yə üzv olub.

"Gürcüstanın Baş naziri Qiorqi Qaxariyaya, Gürcüstan xalqına və xüsusilə, Ümumdünya Səhiyyə Günündə səhiyyə sektorunun nümayəndələrinə gözəl mesajı üçün təşəkkür edirəm. Biz COVİD-19-ə qarşı mübarizə aparırıq",- deyə Qebreyesus bildirib.

GAXA.ge