Gürcüstana koronavirusla mübarizə üçün 183 milyon avro ayrılacaq

Avropa Birliyi koronavirus pandemiyası ilə mübarizə üçün Gürcüstana 183 milyon avro ayıracaq. GAXA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının Şərq Qonşuluq Komissiyasının direktoru Lourens Meredith öz Twitter səhifəsində yazıb.

Məlumata görə, Avropa Birliyi təcili ehtiyaclar üçün 80 milyon, qısamüddətli dəstək üçün 883 milyon avro ayırır. Bu məbləğdən Gürcüstan 183 milyon avrodan çox pul alacaq.

Eyni zamanda, Avropa Komissiyasının saytında yayımlanan bir şərhə görə, Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinə kömək üçün 962 milyon avro ayırır. Bu puldan Şərq Tərəfdaşlığına üzv altı ölkə, o cümlədən, Gürcüstan da koronavirus pandemiyası ilə mübarizədə kömək üçün istifadə edəcək.

GAXA.ge