Çxenkeli: “Milli imtahanların formatının və ya tarixlərinin dəyişdirilməsinə də bu mərhələdə baxılmayacaq”

"Televiziya məktəbi və onlayn məlumatlar bu semestrin mütləq baş tutacağına və heç bir halda uğursuz olmayacağına əmin olmağa imkan verir. GAXA-nın məlumatına görə, bu barədə Mixeil Çxenkeli bildirib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Gürcüstanı koronavirusun yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün təhsil baxımından dünyanın ən yaxşı ölkələrindən biri kimi təsvir edən çərçivə sənədini yayımlayıb.

Bu sənəd Gürcüstanda Təhsil Nazirliyi tərəfindən görülən bütün tədbirləri və xüsusilə, nazirliyin Gürcüstanın Birinci Kanalı ilə birlikdə həyata keçirdiyi vacib layihəni - "Teleskop" layihəsini ətraflı müzakirə edib.

“Çərçivə sənədi ayrıca distant tədris fəaliyyətlərini, xüsusən məktəblərin distant təhsil üçün istifadə etdiyi proqramları da ətraflı əks etdirir”, – deyə Mixeil Çxenkeli vurğulayıb.

Nazirin sözlərinə görə, milli imtahanların formatının və ya tarixlərinin dəyişdirilməsinə də bu mərhələdə baxılmayacaq.

GAXA.ge