Gürcüstanda dörd yeni koronavirus infeksiyası qeydə alınıb

Gürcüstanda dörd yeni koronavirus infeksiyası qeydə alınıb. GAXA-nın məlumatına görə, bu barədə jurnalistlərə Tiflis Mərkəzi Yoluxucu Xəstəxanasının tibb direktoru Marina Ezugbaia məlumat verib. O, bildirib ki, bütün xəstələr Tiflis klinikasında müalicə alacaqlar. 

Ezugbaianın sözlərinə görə, bu mərhələdə onların vəziyyəti qənaətbəxşdir.

 Koronavirus infeksiyası təsdiqlənən hər dörd xəstənin infeksiya mənbəyi məlumdur. Bir nəfərin xəstəlik mənbəyi Ermənistana səfəri ilə əlaqəlidir. 

“Novosti Qruziya” agentliyinin verdiyi məlumata görə, daha üç nəfər koronavirusun təsdiqləndiyi Gürcüstan Milli Bankının əməkdaşlarıdır.

 StopCoV.ge hökumət veb saytına görə, Gürcüstanda aşkar edilən koronavirus infeksiyalarının ümumi sayı 174 nəfərdir. Sağalan xəstələrin sayı 36 nəfərdır. İki nəfər yaşlı qadın koronavirus infeksiyası ağırlaşmalarından ölüb. Gürcüstan klinikalarında hazırda 136 nəfər müalicəsini davam etdirir.

 

GAXA.ge