Saçxere merinin həyat yoldaşı koronavirusa yoluxub

Saçxere merinin həyat yoldaşı koronavirusa yoluxub. GAXA-nın Birinci Kanala istinadən məlumatına görə, hazırda onunla təmasda olan bütün həkimlər müayinə edilir. TV bildirib ki, Saçxere xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən birinə koronavirus diaqnozu qoyulub, buna görə xəstəxananın yüzə yaxın işçisi klinikada təcrid olunur.

Saçxere Tibb Mərkəzinin direktoru Mixeil Kamuşadzenin dediyinə görə, protokola əsasən bu günə qədər bütün təmaslar araşdırılıb və yoluxucu xəstəliklər üzrə mütəxəssisin ailə üzvlərinin, tibb işçilərinin bioloji nümunələri Lüqara laboratoriyasına göndərilib, cavabları günün sonuna qədər bilinəcək.

Məlumata görə, təhlükəsizlik baxımından həkimlər klinikanxəstəxananı tərk etməyiblər. Hazırda infeksiyanın haradan gəldiyi araşdırılır.

GAXA.ge