Rustavidə 2 nəfər yeni koronavirusa yoluxub

Ümumi karantin elan edilən Marneuli və Bolnisidən sonra Rustavidə də 2 yeni koronavirus yoluxma hadisəsi baş verib. GAXA-nın məlumatına görə, bu barədə qubernator Şota Rexviaşvili məlumat verib. Onun sözlərinə görə, virusa yoluxanlar bir ailə üzvü olublar.

Məlumata görə, hazırda onların virusa yoluxma mənbələri həkimlər tərəfindən aşkar edilmək üçün müayinə olunur.

GAXA.ge