Gürcüstanda ilk dəfə COVİD-19-dan ölən qeydə alınıb

Koronavirus ölümünün ilk hadisəsi Gürcüstanda qeydə alınıb. GAXA-nın məlumatına görə, bu barədə Birinci Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib. Onun sözlərinə görə, xəstənin müalicəsi üçün görülən tədbirlər nəticəsiz qalıb. Ölüm hadisəsi bu gün saat 9:00-da baş verib.

Məlumata görə, kritik xəstə olan 79 yaşlı qadın martın 31-də COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bildirilib ki, xəstənin xroniki xəstəliyi, o cümlədən ürəklə bağlı problemləri olub.

Xəstənin kimliyi haqqında məlumat verilməyib.

Qeyd edək ki, hazırda Gürcüstanda yeni koronavirusa 157 nəfər yoluxub, 28 vəfər sağalıb. Bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bu gün məlumat verib.

GAXA.ge