Marneulidə səhra qospitalı fəaliyyətini dayandırıb

Marneulidəki səhra qospitalı fəaliyyətini dayandırmamışdan əvvəl dezinfeksiya edilib. GAXA-nın məlumatına görə, dezinfeksiyadan sonra əvvəl qurulan çadırlar sökülüb.

Xatırladaq ki, martın 23-də Marneulidə xüsusi karantin zonası elan edilib və 62 yaşlı qadında koronavirus xəstəliyi aşkar edildikdən sonra rayondakı "Geo Hospital" Tibb Mərkəzində koronavirusla əlaqədar 200 nəfər qəbul edilib və onlarda virusun olub-olmaması yoxlanılb. Bu gün "Geo Hospital"da da koronavirusla bağlı yoxlamalar da dayandırılıb. Bildirilib ki, gələcəkdə virusla əlaqədar vəziyyət mürəkkəbləşərsə, qospitaldan yenə də istifadə olunacaq.

Məlumata görə, bu gün Fövqəladə vəziyyət rejimi bildirib ki, 100 xəstə qəbul edən səhra xəstəxanası ləğv edilib.

Aprelin 3-nə olan məlumata görə, Gürcüstanda COVİD-19 virusuna yoluxanların sayı 148 nəfərə çatıb. 27 nəfər isə sağalıb. Hazırda Marneulidə komendant saatı mövcuddur.

Qeyd edək ki, Bolnisidə azərbaycanlıların kompakt yaşadığı Kəpənəkçi kəndində yaşayan 19 yaşlı hamilə qadında və onun anasında müayinə zamanı koronavirus aşkar edilib və nəticədə kəndə giriş-çıxış qadağan olunub.

 GAXA.ge