Gürcüstan və Türkmənistan nümayəndələri video konfrans vasitəsilə müzakirə aparıblar

Türkmənistan Xarici İşlər Nazirliyində keçirilən video konfransda Türkmənistan-Gürcüstan arasında qarşılıqlı əlaqələr müzakirə edilib. GAXA-nın məlumatına görə, video konfransda Türkmənistan-Gürcüstan dövlətinin nümayəndələri iştirak ediblər. Müzakirədə iki dövlətin iqtisadi, maliyyə və nəqliyyat idarələrinin rəhbərləri və nümayəndələri fikir mübadiləsi aparıblar.

Tərəflər qeyd ediblər ki, iki dövlətin əlverişli coğrafi məkanda yerləşməsi və iqtisadi maraqların ortaqlığı Xəzər və Qara dəniz bölgələrinin potensialından istifadə edərək multimodal tranzit və nəqliyyat dəhlizlərinin yaradılması üçün səylərin effektiv əlavə olunması nəticəsində əlverişli şərait yaradır. Buna misal olaraq Əfqanıstan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Türkiyə marşrutu boyunca Lazurit nəqliyyat dəhlizi layihəsini göstərmək olar.

Video konfrans zamanı bu cür layihələrin həyata keçirilməsinin bölgələrarası inteqrasiya üçün böyük perspektivlər təmin edəcəyi və Avrasiya məkanında ticari-iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb. Bununla əlaqədar olaraq, logistika sahəsində qarşılıqlı faydalı əlaqələrin qurulmasının əhəmiyyəti qeyd edilib.

GAXA.ge