Gürcüstanda bütün küçələr dezinfeksiya olunacaq

Mən Tiflis merinin küçələri dezinfeksiya etmək təşəbbüsünü alqışlayıram. GAXA-nın məlumatına görə, bu barədə baş nazir Qiorqi Qaxaria bildirib. Qiorqi Qaxaria regional məsələlər üzrə müşaviri Sozar Subariyə tapşırıb ki, analoji tədbirlər ölkədəki böyük şəhərlərdə də həyata keçirilsin.

“Bu, çox vacibdir, çünki belə sadə və düzgün addımlarla biz infeksiyanın yayılmasının qarşısını ala bilərik”,- deyə Qaxaria vurğulayıb.

GAXA.ge