Gürcüstan prokurorluğu Beynəlxalq Autizm Maarifləndirmə Günü münasibətilə autizmli yeniyetmələrə hədiyyələr təqdim edib

Gürcüstan prokurorluğu Beynəlxalq Autizm Maarifləndirmə Günü münasibətilə autizm spektri olan yeniyetmələrə hədiyyələr təqdim edib. GAXA-nın məlumatına görə, prokurorluq əməkdaşları autizmli uşaq və yeniyetmələrə koronavirusun yayılması ilə əlaqədar ətraflı məlumat veriblər.

Məlumata görə, prokurorluq 2016-cı ildən bəri autizm spektri olan uşaqlar üçün müxtəlif tədbirlər həyata keçirir. Tədbirdə prokurorluq əməkdaşları autizm spektri olan uşaq və yeniyetmələri həmişə dəstəklədikləri və gələcəkdə onlara aid əsas hüquqlar barədə məlumatların qorunması, dərk edilməsi və məlumatlandırılması üçün əllərindən gələni edəcəklərini bildiriblər.

GAXA.ge