Parlament sədri onlayn rejimlə məsləhətləşmələr aparıb

Parlamentin spikeri Arçil Talakvadze onlayn rejimlə internetdə müxalifət partiyaları, dövlət idarəetmə orqanları və qeyri-hökumət sektorunun nümayəndələri ilə məsləhətləşmələr aparıb. GAXA-nın məlumatına görə, bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.

İclas zamanı ATƏT və beynəlxalq təşkilatların tövsiyələri və Seçki Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

Müzakirələr zamanı seçkiqabağı təşviqat, seçki mübahisələrinin həlli məsələləri, seçki komissiyalarının yaradılması prinsipləri, ikinci tura aid qaydalar və digər məsələlərə aid mövzular geniş müzakirələrə səbəb olub.

İnternet vasitəsilə keçirilən onlayn müzakirələrində tövsiyələr, məsləhətləşmələr və iş prosesləri davam edir, nəticədə parlamentdə çoxsaylı təşəbbüs və geniş müzakirələr üçün düzəlişlər edilir.

Gürcüstan Parlamenti ABŞ səfirliyinə və Avropa Birliyinə seçki islahatları prosesinə verdiyi dəstəyə görə təşəkkür edib.

 GAXA.ge