Gürcüstanda Azərbaycan dilində fövqəladə vəziyyət barədə yanlış məlumatlar yayılır

Gürcüstan hökumətinin mətbuat xidməti sosial şəbəkədə və gürcü və Azərbaycan dillərində bir neçə saytda yayılan məlumatları qəti şəkildə rədd edir, guya sabah Gürcüstanda fövqəladə vəziyyət qaldırılacaqdır. GAXA-nın məlumatına görə, bu barədə 1tv.ge xəbər yayıb. Xəbərdə bildirilib ki, saytlarda və sosial şəbəkələrdə gürcü və Azərbaycan dillərində məlumatlar ictimaiyyəti çaşdırmağa yönəldilib.

"Gürcüstan hökumətinin qərarına əsasən, fövqəladə vəziyyət rejimi 21 aprel 2020-ci il tarixinə kimidir. Xalqa demək istəyirik ki, fövqəladə hallar zamanı tətbiq olunan məhdudiyyətlərə ciddi diqqət yetirərək əməl edin. Əks təqdirdə, qanunda nəzərdə tutulan tədbirlər tətbiq ediləcək"- deyə Hökumət Administrasiyasının mətbuat xidmətindən bildirilib.

GAXA.ge