İrakli Çikovani: “Telavi və Axaltsixe keçid məntəqələrində fövqəladə rejim tətbiq ediləcək”

Artıq Gürcüstan ərazisindəki yeddi bələdiyyənin sərhədlərində faktiki karantin rejimi qurulub və Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən xüsusi nəzarət məntəqələri mövcuddur. GAXA-nın məlumatına görə, Gürcüstanın baş nazirinin mətbuat katibi İrakli Çikovani Telavi və Axaltsixe bələdiyyələrində fövqəladə vəziyyət barədə gürcü dilində fəaliyyət göstərən radioda məlumat verib.

“Bugünkü Koordinasiya Şurasında qərara gəldik ki, daha iki bələdiyyə daxilində oxşar bir rejim tətbiq edilsin. Bu iki bələdiyyə Telavi və Axaltsixedir",- deyə İrakli Çikovani bildirib.

Hazırda ölkədə koronavirus xəstəliyinə yoluxmuş 110 xəstə var ki, onlardan 21-i sağalıb, 4.995 nəfər təcrid vəziyyətindədir.

GAXA.ge