StopCoV fondunda 17 milyon 500 min lari vəsait toplanıb

StopCoV fondunda artıq 17 milyon 500 min lari vəsait toplanıb. GAXA-nın məlumatına görə, bu martın 30-a olan məlumatdır.

StopCoV fondu COVID-19 virusuna qarşı mübarizə aparmaq üçün Biznes Ombudsman Aparatı və özəl sektorla əlaqəli yaradılıb.

StopCoV fondunda toplanan vəsait baş nazir tərəfindən yaradılan platformada müəyyən edilmiş ehtiyacları ödəmək üçün, Biznes Ombudsmanı Aparatı və özəl sektorla əlaqələndirilmək üçün istifadə ediləcək.

Fonda töhfələr həm şirkətlər, həm də fiziki şəxslər tərəfindən toplanıb.


Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri də StopCov fonduna yardım ediblər. “Socar Georgia Petroleum” şirkəti də StopCov fonduna 200 min lari məbləğində maliyyə yardımı göstərib.

GAXA.ge