Ümumi karantin qaydaları haqqında bilin...
Sabah saat 08: 00-da qüvvəyə minəcək fövqəladə vəziyyət rejimində tədbirlərin sərtləşdirilməsi barədə qərar qəbul edib. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Qiorqi Qaxaria koronavirusla əlaqəli Qurumlararası Koordinasiya Şurasının iclasının başa çatmasından sonra keçirilən brifinqdə bəyan edib.
Məlumata görə, Koordinasiya Şurasının iclası bu gün geniş tərkibdə keçirilib və tədbirdə paytaxt meri, Nazirlər Kabinetinin üzvləri və xəstəliklərə nəzarət üzrə yüksək vəzifəli şəxslər iştirak ediblər.
“Sabah səhər saat 08: 00-da başlayacaq ümumi karantinə qeyd edilən göstərişlər daxildir:
- Həm şəhər daxilində, həm də bələdiyyələr arasında hər hansı bir ictimai nəqliyyat növündə (metro da daxil olmaqla) hərəkət etmək tamamilə qadağandır.
- Yalnız minik avtomobillərinə (taksilər də daxil olmaqla) Səhiyyə Nazirliyinin tövsiyəsi verildikdə və avtomobildə sürücüdən başqa, arxa oturacaqda iki nəfər sərnişin oturmağa icazə verilir. Bu, vacib bir tövsiyələri yerinə yetirməyənlərə müvafiq dövlət orqanları qərarlar qəbul edəcək.
Sərnişinlər yalnız strateji əhəmiyyətə malik olduqda təhlükəsiz şəkildə daşınacaq.
Ərzaq və aptek mağazalarında 3 metrdən çox adamın toplaşması qadağandır, burada 2 metr sosial məsafəni saxlamaq məcburidir.
Lakin, hökumət tərəfindən icazə verilən müəssisələrin fəaliyyətini tənzimləyən qaydalar ayrıca bildiriləcək və bu Səhiyyə Nazirliyi ilə razılaşdırılmış ayrıca protokollarda qeyd olunacaq. Biz bunu iqtisadiyyatımızın fəaliyyətinin davam etdirməsi və Gürcüstan iqtisadiyyatının potensialının tam dayandırılmaması üçün edirik. Əlbətdə ki, bunu vətəndaşlarımızın işlərini mümkün qədər qorumaları üçün həyata keçiririk.
- 70 yaşdan yuxarı vətəndaşlarımızın ən yaxın ərzaq mağazasına, ən yaxın aptekə və ya ən yaxın tibb müəssisəsinə getməsi qadağandır.
- 70 yaşdan yuxarı vətəndaşlarımız tənha olduqda, İqtisadiyyat və Səhiyyə nazirliklərinə, eləcə də yerli bələdiyyələrə kömək üçün müraciət etməlidirlər.
Şəhərlərdə və ölkə daxilində 21:00-dan axşam 06:00-a qədər evdən çıxmaq qadağandır. 21: 00-dan səhər 06: 00-dək komendant saatı elan edilib.
İnsanların hərəkəti və sağlamlıq vəziyyətinə nəzarət etmək və fövqəladə vəziyyət rejimini sərtləşdirmək və bu şərtləri yerinə yetirmək üçün, həmçinin ilkin müayinə üçün yoxlama məntəqələri təşkil ediləcək. Bu, Tiflisdə, Batumidə, Kutaisidə, Rustavidə, Potidə, Zugdidi və Qori şəhərlərində həyata keçiriləcək və həmçinin, şəhərlərin inzibati sərhədlərinə nəzarət ediləcək. Bu tədbir Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək və müvafiq tədbirə DİN qurumları cəlb olunacaq.
- Çox vacib məqam - İstənilən vaxt şəhərə gedərkən hər bir vətəndaşın şəxsiyyət vəsiqəsi olmalıdır",- deyə baş nazir bildirib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanların sayı 100 nəfərə çatıb. Hökumət bütün bunları epidemiyanın yayılmaması üçün edir.
Xatırladaq ki, Gürcüstanda fövqəladə vəziyyət martın 21-də qüvvəyə minib.
GAXA.ge