Tamaz Naveriani: "Sizi əmin edirəm ki, çox millətli bölgəmizdə dövlət maraqlarına xələl gətirməyə çalışanların hamısı qanunun bütün sərtliyi ilə cəzalandırılacaqdır"

Bəşəriyyət bu gün çətin günlərlə üz-üzədir. 28.600-dən çox ölü və 622.000-ə qədər yoluxmuş - bu, dünyada ən son “COVİD 19” pandemik məlumatdır.
Dövlətimiz virusun yayılmasına qarşı uğurla mübarizə aparır. Həkimlərimizin peşəkarlığı və fədakarlığı dünyanın aparıcı ölkələri üçün nümunədir. Belə bir zamanda dövlətin birliyə, itaətə və həkimlərin göstərişinə ehtiyacı var. Deputatı olduğum Marneuli munisipaliteti məhz bizim təhlükəsizliyimiz üçün karantindədir. GAXA-nın məlumatına görə, bu sözləri Gürcüstan parlamentinin majoritar deputatı Tamaz Naveriani deyib.

"Bu ağır vəziyyətdən istifadə etməyə çalışan, sosial şəbəkədə və ya başqa yerdə milli və ya mədəni xüsusiyyətlərinə görə təhqiramiz ifadələr işlədən bir qrup şəxsə müraciət edirəm. Bu qəsdən və ya bilməyərəkdən sui-istifadə hallarını dayandırın. Sizi əmin edirəm ki, çox millətli bölgəmizdə dövlət maraqlarını ləkələməyə çalışanların hamısı qanunun bütün sərtliyi ilə cəzalandırılacaqdır",-deyə deputat vurğulayıb.

"Mən bütün Marneulililərin dinindən və milliyətindən asılı olmayaraq, burada yaşayan hər bir vətəndaşın millət vəkiliyəm.
Sizi Təcavüzkar ifadələr və təhqirlər yaymaqdan çəkinməyə çağırıram. Siz bununla regionda vəziyyəti gərginləşdirməyə çalışan o insanların pis hərəkətlərinə imkan yaradırsınız, bununla, bölgədəki vəziyyəti gərginləşdirməyə çalışan insanların zərərli hərəkətinə öz töhfənizi verirsiniz.

Əziz Marneulililərim, biz bu epidemiyaya mütləq son qoyacağıq. Gəlin, həkimlərin göstərişlərinə əməl edək, dövlətimizin qəbul etdiyi qanuna tabe olaq. Evdə qalın. Biz, sizin üçün 24 saatlıq iş rejimində işləyirik. Əgər, hər birimiz qanuna tabe olsaq, hər şey yaxşı olacaq.

GAXA.ge