Koronavirusa yoluxan xəstə Saçxere Tibb Mərkəzində müalicə edilib

Koronavirusa yoluxan və Saçxere Tibb Mərkəzinə yerləşdirilən bir nəfər xəstə həkimlər tərəfindən müalicə edilib. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın Birinci Kanalına klinikanın tibb meneceri Maya Xeladze məlumat verib.

Onun sözlərinə görə, daha üç yoluxmuş xəstə xəstəxanada müalicə alır.

Hökumətin yaratdığı stopcov.ge xüsusi veb saytında bildirilib ki, Gürcüstanda koronavirus infeksiyası hallarının sayı 79-a çatıb. Karantin rejimində 4 346 nəfər, nəzarət altında bir xəstəxanada 247 nəfər var.

Qeyd edək ki, yoluxmuş 79 nəfərdən 11-i artıq sağalıb.

GAXA.ge