Ketevan Tsixelaşvili: “Koronavirus haqqında140 mindən çox müxtəlif informasiya materialları Azərbaycan və erməni dillərində çap edilib.

“Koronavirus haqqında140 mindən çox müxtəlif informasiya materialları Azərbaycan və erməni dillərində çap edilib. GAXA-nın məlumatına görə, bu barədə İnterpressNews-a Dövlət Barışıq və Vətəndaş Bərabərliyi Nazirinin İdarəsindən məlumat verilib.

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri Ketevan Tsixelaşvili bildirib ki, əhalini məlumatlandırmaq üçün çap olunan informasiya materialları etnik azlıqlar yaşayan bölgələrə, o cümlədən Kvemo Kartli (Marneuli və Bolnisi bələdiyyələrinə), Kaxeti, Samtsxe-Cavaxeti bölgələrinə paylanılıb.

Dövlət naziri Ketevan Tsixelaşvilinin sözlərinə görə, koronavirus haqqında ictimaiyyəti məlumatlandırmaq üçün çap edilən müxtəlif informasiya məlumatlarının içində plakatlar, vərəqələr, həmçinin Azərbaycan və erməni dillərində xüsusi buraxılmış qəzetlər var.

Dövlət naziri qeyd edib ki, dövlət problemlə effektiv şəkildə məşğul olmağa çalışır.

 “Bu gün bizim nə ilə məşğul olduğumuz barədə və Gürcüstan hökumətinin, Xəstəliklərə Nəzarət Milli Mərkəzinin və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri haqqında əhaliyə məlumat çatdırmaq çox vacibdir. Kvemo Kartli, Bolnisi və Marneuli bələdiyyələrində karantin rejimi necədir? Bütün bu tövsiyələrə əməl etmək, hər şeydən əvvəl, onların ailələrinin və hər birimizin sağlamlığını və təhlükəsizliyini qorumaq və bu gün dünyanın üzləşdiyi problemi həll etmək çağırışına töhfə vermək çox vacibdir",- deyə Dövlət naziri vurğulayıb.

Tsixelaşvili qeyd edib ki, biz əhalimizə məlumat verməyə davam edəcəyik. Bu işdə tərəfdaşlarımız bizə dəstək olur. Onlara, xüsusən də BMT Assosiasiyasına, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə və digər tərəfdaşlara təşəkkür edirəm. Bu məlumatı canlı tövsiyələr şəklində verəcəyik və bu Gürcüstanın Səhiyyə Nazirliyi və əlbəttə ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təmin ediləcək”.

GAXA.ge