Gürcüstanda StopCoV Xüsusi Fondu yaradılıb

Gürcüstanda Koronavirusla Mübarizə üçün bir neçə gün bundan əvvəl StopCoV Xüsusi Fondu yaradılıb. Üç gün ərzində koronavirusla mübarizə üçün xüsusi fonda 12,5 milyon lari toplanıb. GAXA-nın məlumatına görə, bu barədə Biznes Ombudsman aparatı məlumat verib. StopCoV fondu martın 23-də Ombudsman Aparatı və özəl sektorla əlaqəli olaraq COVID-19 virusuna qarşı mübarizə məqsədi ilə yaradılıb və fonda şirkətlər və fiziki şəxslər tərəfindən qoyulan vəsait yatırılmağa başlanıb.

Qeyd edək ki, mətbuatda şirkət və fiziki şəxslərin siyahısı dərc olunub.

GAXA.ge