Telavi bölgəsində azərbaycanlılara koronavirusla əlaqəli materiallar təqdim edilib

Telavi bölgəsində azərbaycanlılara koronavirusla əlaqəli materiallar təqdim edilib. GAXA-nın məlumatına görə bu barədə Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin aparatından bildirilib. Tədbir çərçivəsində Dövlət Nazirinin müavini Lia Qiqauri azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndinə səfər edib. Koronavirusla bağlı vərəqlərin paylanması tədbirində bölgə qubernatoru İrakli Qadaqişvili, Telavi meri Şota Nareklişvili və digər rəsmi şəxslər iştirak edib.

Dövlət nazirinin müavini Lia Qiqaurinin sözlərinə görə, yeni materialların çap və paylanması prosesi davamlı olacaq.

“Dövlət nazirliyinin aparatı ölkəmizin etnik azlıqlarının əhalisini koronavirusun yayılmasının qarşısının alınması barədə məlumatlandırmaqda fəal iştirak edir. Bu məqsədlə məlumatı gündəlik olaraq bütün mümkün televiziya kanalları, istər elektron vasitələrlə bütün Gürcüstan ərazilərində yayırıq. Əlbəttə, proses dayanmır və davam edir. Biz əhalimizi koronavirusdan qorumaq naminə lazım olan materialları hər bölgəyə çatdırırıq. Bu gün biz Qaracalar kəndinə 5000-dən çox müxtəlif növ vərəqə və plakat gətirdik"- geyə Lia Qiqiauri bildirib.

GAXA.ge