Marneulidə hamilə qadın koronavirusa yoluxub

Marneulidən olan hamilə qadın Tiflisdə müayinə edilib və onun ilk dəfə koronavirusa yoluxan 62 yaşında olan yaxın qohumu ilə ünsiyyətdə olduğu məlum olub. GAXA-nın məlumatına görə, bu barədə səhiyyə naziri Yekaterina Tikaradze xəbər verib və xəstənin Marneulidə koronavirusa yoluxma əlaqələrinin müəyyənləşdirilməsinin davam etdirildiyini bildirib.

Məlumata görə, hamilə qadın Tiflis Dövlət Tibb Universitetində müalicə alır.

“Bu gün 79 xəstəmiz var. Onlardan biri olan Marneulidən gətirilən hamilə bir qadın xüsusi nəzarətə alınıb. Hazırda fəaliyyətimiz bu qadının və onun qohumlarının ilk dəfə koronavirusa yoluxan qadın ilə yaxın əlaqələrini müəyyənləşdirməyə yönəlmişdir. Çoxluğu araşdırarkən mütəxəssislərimiz bir COVID-19 infeksiyası aşkarladılar və o, ilk universitet klinikasına köçürüldü. Hazırda həkimlər onun sağlamlığına diqqət göstərirlər",- deyə nazir bildirib.

 

GAXA.ge