Prezident: “Özünüzü qoruyun”

“Bu gün Gürcüstandan kənarda olan həmvətənlərim, yeni koronavirusun geniş yayıldığı müxtəlif ölkələrdə, çox çətin şərtlərdə, ölkənizdən və ailənizdən uzaqda özünüzü qoruyun. Sizə həmrəyliyimi göstərmək istəyirəm. Hamınızdan xahiş edirəm ki, çox diqqətli olun, bütün tövsiyələrə qulaq asın və hamımız birlikdə qalib gələcəyik". GAXA-nın məlumatına görə, bu sözləri prezident Salome Zurabişvili bildirib.

Martın 26-na olan məlumata görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 77 nəfərə çatıb, 10 nəfəri isə sağalıb. Hazırda karantin bölgəsində 4055, stasionar bölmədə 252 nəfər var.

 GAXA.ge