Gürcüstanda virusa yoluxanların sayı 77 nəfərə çatıb

Gürcüstanda koronavirus virusuna yoluxanların sayı 77 nəfərə çatıb. GAXA-nın məlumatına görə, bu barədə jurnalistlərə Tiflis İnfeksion Xəstəxanasının tibb direktoru Marina Ezugbaia bildirib.

"Dünənki səhər məlumatlarından sonra beş yeni hal əlavə edilib. Bu səhər 77 hadisə qeydə alınıb",- deyə Ezuqbaia qeyd edib.

 Laboratoriya ilə təsdiqlənmiş koronavirus infeksiyasının 77- dən 10-u sağalıb.

 GAXA.ge