Marneulidə dezinfeksiya işləri başlayıb

Marneulidə dezinfeksiya işləri aparılır. GAXA-nın məlumatına görə, əhali bu tədbirdən sevinib. Sakinlərin dediyinə görə, dezinfeksiya Puşkin küçəsindən başlayıb, Rustaveli küçəsi boyu dezinfeksiya tədbirləri keçirilib. Deyildiyinə görə, dezinfeksiya işləri Marneuli şəhərində başa çatandan sonra tədbir kəndlərdə də həyata keçiriləcək.

Kvemo Kartli bölgə qubernatoru Şota Rexviaşvili bildirib ki, bölgə bələdiyyələrinin ərazilərində geniş miqyaslı dezinfeksiya işləri aparılacaq. Onun sözlərinə görə, dezinfeksiya ilə əlaqədar 8 xüsusi bölmə səfərbər olunub. Bildirilib ki, dezinfeksiya işlərinin həyata keçirilmə prosesinə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin, Milli Qida Agentliyinin xüsusi texnikası və mütəxəssis qrupları cəlb ediliblər.

Hələlik Marneuliyə dezinfeksiya ilə bağlı 4 ədəd texnika gətirilib.

 Dezinfeksiya işləri Səhiyyə Nazirliyinin Xəstəliklərə Milli Nəzarət Mərkəzi tərəfindən tövsiyə edilmiş dərmanlarla aparılır.

 GAXA.ge