Sozar Subari: “Koronavirusla bağlı təbliğat üçün 40-dan çox könüllü qrup yaradılıb”

Koronavirusla əlaqədar 40-dan çox könüllü qrupu yaradılıb, bunlar yerli əhali ilə işləyən bir neçə yüz könüllüdür. GAXA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında baş nazirin regional siyasət üzrə müşaviri Sozar Subari hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

"40-dan çox könüllü qruplar yaradılıb. Onların hər birində həkim var. Sadəcə ehtiyac olduqda səfərbər olan bir neçə yüz könüllü var. Beynəlxalq Qırmızı Xaç bizə çox kömək edir. Buna görə çox minnətdaram. İlk gündə 50-dən çox könüllü səfərbər edildi , indi onların sayı dörd qat artıb",-deyə Sozar Subari bildirib.

 GAXA.ge