Marneulidə yeni doğulmuş körpə “şübhəli hal” qismində Tiflisdəki xəstəxanaya çatdırılıb

Yeni doğulmuş doqquz günlük körpə Marneulidən Tiflis Dövlət Tibb Universitetinin (TSMU) 1-ci Xəstəxanasına çatdırılıb. GAXA-nın məlumatına görə, bu barədə klinikanın direktoru Levan Ratiani bildirib. Onun sözlərinə görə, yeni doğulmuş körpə “şübhəli hal” kimi qiymətləndirilir.

 "Dünən Marneulidən gətirimiş doqquz günlük bir körpə “şübhəli hal” kimi klinikaya qəbul edilib. Onun kəskin tənəffüs çatışmazlığı var. Bu mərhələdə yenidoğulanın vəziyyəti sabitdir. Uşaqdan götürülən qarışıq analiz Lugar laboratoriyasına göndərilib", - deyə Riatiani bildirib.

 GAXA.ge