Dmanisidə Covid-19 virusuna qarşı profilaktik tədbirlər görülür

Dmanisi meriyasının qərarı ilə COVİD-19 virusuna qarşı profilaktik tədbirlər görülmək üçün qərar qəbul qəbul edilib. GAXA-nın məlumatına görə, şəhər meri Qeorqi Tatuaşvilinin başçılığı ilə qəbul edilən müvafiq qərar Dmanisi ərazisində yaşayan dializ xəstələri üçün nəzərdə tutulub.

Qərarda qeyd edilib:

1. Dmanisi Bələdiyyəsində yaşayan və Dmanisi Bələdiyyəsindən kənarda tibbi xidmətlər alan dializ ehtiyacı olan insanlar tibbi xidmətə maneəsiz çıxışı üçün xüsusi vəsait ayırılıb.

2. Mövcud vəziyyətə görə, təcili tibbi yardım xidmətləri və xəstəxana həkimlərinə Dmanisi Bələdiyyəsinin ərazisində 24 saat ərzində tibbi yardım göstərmək üçün Dmanisi Bələdiyyəsinə xüsusi nəqliyyat mənbələri ayrılmışdır.

 GAXA.ge