Marneulidə daha 4 nəfər koronavirusa yoluxub

Marneulidə koronovirusa yoluxmuş 67 yaşlı qadının ailsəsində daha 4 nəfərin koronavirus xəstəliyinə yoluxduğu təsdiqlənib. GAXA-nın məlumatına görə, bu barədə Koordinasiya Şurasının iclasından sonra Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini Paata İmnadze açıqlama verib. Onun sözlərinə görə, hazırda həmin xəstələr Tiflisdəki xəstəxanaya yerləşdirilib. P. İmnadze bildirib ki, onlar koronovirusa yoluxan qadının çox yaxın ailə üzvləridir.

Məlumata görə, həmin 67 yaşlı qadının ailəsinin 15 üzvü var. Bu məlumatı səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib. Onun sözlərinə görə, qadının müalicə aldığı “Geo Hospital" xəstəxanasının 20 nəfər həkimi də koronavirus müayinəsindən keçib.

Martın 24-nə olan məlumata görə, Gürcüstanda koronavirus virusuna yoluxanların sayı 70 nəfərə çatıb, 9 nəfər sağalıb, 4055 nəfər karantindədir, 252 nəfər xəstəxanadadır.

Xatırladaq ki, Gürcüstan hakimiyyəti martın 21-dən aprelin 21-dək ölkədə fövqəladə vəziyyət elan edib. Martın 23-də Marneuli və Bolnisi bələdiyyələrində karantin elan edilib.

GAXA.ge