Marneuli və Bolnisidə koronovirusla bağlı məlumatlandırma kampaniyasına başlanıb

Azərbaycanlıların kompakt yaşadığı Marneuli və Bolnisi bölgələrindəki küçə və kəndlərdə koronavirusa dair xüsusi səs maşınlarıyla məlumatlandırma kampaniyasına başlanıb. GAXA-nın məlumatına görə, bu saatlarda da Marneulidə xüsusi maşınlardan məlumat səsi eşidilir.

Bütün gün avtomobillərə üç dildə - gürcü, azərbaycan və erməni dillərində quraşdırılmış dinamiklərlə koronovirusla bağlı məlumat səsi yayılır.

GAXA-nın məlumatına görə, avtomobillərdən eşidilən səslər yerli sakinlərə Marneulinin sərt karantin zonası elan edildiyini və onların evdə qalmasını, mümkün qədər təmaslardan çəkinmələrini, virusla bağlı onların səhhətlərində temperaturun yüksəlməsi halı müşahidə edilərsə, xəstəxanaya getməyə, həkimlərə müraciət etməyi tövsiyə ediblər.

Bolnisidə də bir qrup könüllü yerli əhaliyə üç dildə karantin və virus, profilaktik tədbirlər barədə xəbərdarlıq edir.

Qeyd edək ki, Gürcüstanda son təsdiqlənmiş koronavirusa yoluxma hadisələrindən biri Marneulidə 67 yaşlı azərbaycanlı qadında aşkar edilib. Virusun yoluxma mənbəyi məlum deyil.

GAXA.ge