Müdafiə naziri İrakli Qaribaşvili Marneuliyə səfər edib

Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Marneulidə Müdafiə Qüvvələrinin qurduğu buraxılış məntəqələrində olub. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat bildirib. İrakli Qaribaşvili Müdafiə Qüvvələri nümayəndələrinin koronavirusun yayılmasının qarşısını almaq üçün gördüyü işlər barədə ətraflı məlumatı dinləyib. Nazir yerdəki vəziyyətlə tanış olduqdan sonra Marneulidəki Aviasiya Bazasına yola düşüb.

Qeyd edək ki, karantin zonasında beş yoxlama məntəqəsi qurulub. Müdafiə qüvvələri, həmçinin patrul pilotsuz uçuş aparatları daxil olmaqla, 7 müşahidə yolu vasitəsilə bölgəyə nəzarət edir. Şərq Komandanlığı bölmələri Tetritskaro-Marneuli və Qırmızı Körpü-Rustavi yolları boyunca xüsusi təyin olunmuş keçid məntəqələrinə nəzarət edir və nəqliyyat vasitələri dezinfeksiya edilir.

Sahə çadırlarında Müdafiə Qoşunlarının tibb heyəti vətəndaşlar üçün tibbi müayinələr aparırlar.

Xatırladaq ki, Gürcüstan hökumətinin qərarı ilə koronavirusun yayılmasının yüksək riski ilə əlaqədar azərbaycanlıların kompakt yaşadıqları Marneuli və Bolnisi rayonlarında karantin elan olunub.

GAXA.ge