Tamaz Naveriani: "Fövqəladə vəziyyət çərçivəsində mövcud olan bütün problemlər effektli şəkildə aradan qaldırılacaq"

Mənim dəyərli həmvətənlərim, bu gün Gürcüstanın digər bölgələritək Marneuli də görünməz düşmən olan koronavirus ( COVID-19) kimi böyük problem qarşısındadır. Fövqəladə vəziyyət çərçivəsində mövcud olan bütün problemlər isə effektli şəkildə aradan qaldırılacaq. GAXA-nın məlumatına görə, bu sözləri parlamentin majoritar deputatı Tamaz Naveriani deyib. Onun sözlərinə görə, bu virusa qarşı mübarizədə çox böyük vəsait tələb edilir. 

Bu vəziyyəti nəzərə alaraq hökumət virusun yayılmasını minimuma endirmək üçün yüksək epidemioloji riskə görə Marneuli və Bolnisi bölgələrində fövqəladə vəziyyət rejimində sərt karantin məhdudiyyəti tətbiq edib. Bu o deməkdir ki, hakimiyyət üçün əsas məqsəd vətəndaşların sağlamlığına qayğı göstərməkdir.  Biz, həm də yuxarıda qeyd olunan tədbirlərin keçirilməsi ilə bağlı bu mərhələdə virusun yayılmasını dayandırmalıyıq. Virusun yayıldığı hər bir mərhələdə dövlət lazım olan hər şeyi edib və edir ki, əhali və hər bir vətəndaş maksimum şəviyyədə qorunsun”,- Naveriani vurğulayıb.

Parlament deputatı bölgədə narahatlığa ehtiyacın olmadığını söyləyib: “Narahatlığa ehtiyac həqiqətən də yoxdur, buna heç bir səbəb də yoxdur, sadəcə ehtiyat etmək lazımdır. Ehtiyat isə evdə qalmaqla ən böyük tövsiyəyə əməl etmək deməkdir. Mən bələdiyyənin parlamentdə majoritar deputatı olaraq, mərkəzi və yerli hakimiyyət nümayyəndələri ilə birlikdə 24 saatlıq bir rejimdə çalışacağam ki, fövqəladə vəziyyət çərçivəsində mövcud olan bütün problemlər effektli şəkildə aradan qaldırılsın. Bu mərhələdə isə bizlər vətəndaşlıq cavabdehliyimizi yüksək səviyyədə yerinə yetirməliyik”.

Sonda Tamaz Naveriani Marneuli sakinlərinə müraciət edərək xahiş edib ki, onlar bu mərhələdə evdə qalsınlar və bu şəkildə virusun yayılmasının qarşısı alınsın.

 GAXA.ge