İspaniyada koronavirusa yoluxmuş üç Gürcüstan vətəndaşı ölüb

İspaniyada üç Gürcüstan vətəndaşı koronavirusa yoluxub və hər üçü xroniki xəstəlikdən ölüb.  GAXA-nın məlumatına görə, martın 22-də İspaniyada ölən 65 yaşlı Gürcüstan vətəndaşının öldüyü haqqında baş nazir Qiorqi Qaxaria bildirib.

“İspaniyada bu günədək 3 107 nəfər koronavirusa yoluxub və 307 nəfər ölüb, onların içində təəssüf ki, Gürcüstan vətəndaşları da var”, - Qaxaria brifinqdə bildirib.

İspaniyada Gürcüstan vətəndaşının ölümü barədə əvvəllər Gürcüstanın Xarici İşlər Nazirliyi də məlumat bildirmişdi. 74 yaşlı qadın koronavirusa yoluxmuşdu. Ondan iki gün sonra martın 21-də xroniki xəstəliyə düçar olan gənc qadın da dünyasını dəyişmişdi.

Qeyd edək ki, martın 21-dən martın 21-ə kimi Gürcüstan ərazisində fövqəladə vəziyyət elan edilib və belə fövqəladə vəziyyət azərbaycanlıların kompakt yaşadığı Marneuli və Bolnisi rayonlarında tətbiq edilib və karantin elan olunub.

 Məlumata görə, Marneuli və Bolnisi şəhərlərinə giriş və şəhərdən çıxış qadağan edilib.

 GAXA.ge