Martın 24-də Gürcüstana sürətli testlər gətiriləcək

Gürcüstan martın 24-dən etibarən sürətli testlər almağa başlayacaq. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Səhiyyə naziri Yekaterina Tikaradze deyib. Nazirin sözlərinə görə, Cənubi Koreyadan və Çindən ölkəyə müxtəlif növ sürətli testlər gətiriləcək.

"Yetərincə testlər olacaq",- deyə səhiyyə naziri bildirib.

 GAXA.ge