Gürcüstan gömrük-keçid məntəqələri ilə bağlı yeni qərar qəbul edib

Gürcüstan hökuməti sərhədlərdəki gömrük-keçid məntəqələri ilə bağlı yeni qərar verib. Qərarı Gürcüstan baş nazirinin başçılıq etdiyi Qurumlararası Koordinasiya Şurası qəbul edib. GAXA-nın məlumatına görə, qərarda Ermənistandan və Azərbaycandan qayıdan Gürcüstan vətəndaşları üçün yalnız Sadaxlı (Gürcüstan-Ermənistan sərhədi) və Qırmızı Körpü keçid məntəqələrində imkan yaradılacaq. Bu keçid məntəqələri vasitəsilə Ermənistan və Azərbaycan vətəndaşları vətənlərinə qayıda bilərlər. Keçidlərdən saat 10: 00-dan 18: 00-dək keçmək mümkün olacaq.

Vətəndaşların digər keçid məntəqələrindən keçməsinə icazə verilmir.

Məhdudiyyətlər gün ərzində həyata keçirilə bilən yük daşımalarına təsir göstərməyəcək. Qonşu ölkələrlə bütün sərhəd keçidləri hələ də yük daşımaları üçün açıqdır.

 GAXA.ge