Dmanisi və Tsalka millət vəkili Kaxa Okriaşvili Koronavirusla Mübarizə Fonduna 300 000 lari köçürəcək

Gürcüstan parlamentinin deputatı Kaxa Okriaşvili Koronavirusla Mübarizə Fonduna 300 000 lari köçürəcək. GAXA-nın məlumatına görə, bu barədə İnterpressNews-a onun mətbuat xidməti məlumat verib.

Parlament çoxluğunun üzvü Gürcüstan hökumətinin koronavirusun yayılmasına qarşı atdığı addımları təsirli adlandırıb və hökumətin vaxtında hərəkət etdiyini qeyd edib.

“Gürcüstan hökumətinin, baş nazirin və prezidentin mövcud vəziyyəti nəzərə alaraq ölkədə fövqəladə vəziyyət elan etmək qərarını alqışlayıram. Mən Gürcüstan hökuməti tərəfindən görülən tədbirləri tam dəstəkləyirəm və onları tələsik və ya təxirə salınmayan, əksinə vaxtında və təsirli addım kimi qiymətləndirirəm. Ayrıca, Gürcüstan hakimiyyətinə və əhaliyə vahid bir vətəndaş olaraq dəstəyimi bildirmək istərdim və xüsusi olaraq koronavirusla mübarizə üçün yaradılan fonda 300 000 lari töhfə verməyə hazıram",-deyə deputat bildirib.

 GAXA.ge