Ermənistanda koronavirusa yoluxma halları çoxalıb

Ermənistanda hər gün koronavirusa kütləvi yoluxma halları baş verir. Vəziyyət nəzarətdən çıxa bilər. GAXA-nın  məlumatına görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. “RİA Novosti” agentliyi bildirib ki, Ermənistanda yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı 190 nəfərə çatıb.

 Bildirilib ki, sutka ərzində Ermənistanda daha 30 nəfər koronavirusa yoluxub.

 Qeyd edək ki, artıq erməni sosial şəbəkələrində vurğulanıb ki, ölkədə belə getsə, vəziyyət nəzarətdən çıxa bilər. Ümumi rəy bundan ibarətdir ki, müvafiq strukturlar ölüm hallarını gizlətməyə çalışırlar.

 GAXA.ge