Ermənistanda 115 nəfər koronavirusa yoluxub

GAXA Sputnik Ermənistana istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxanların sayının 84-ə qədər artdığını açıqlayıb. Sonra Ermənistanda koronavirusa yoluxanların sayı 115-ə çatıb. Öncə, Eçmədzin şəhərində nişan zamanı  xeyli sayda vətəndaş virusa yoluxduğu haqqında məlumat yayımlanıb.

Məlumata görə, Eçmədzin şəhəri üç tərəfdən şəhərə girmək və çıxmaq üçün yol bağlanıb. Şəhərdə yoxlama məntəqələri quraşdırılıb. Xəstəliyin yayılmasının ikinci nöqtəsi İrəvandakı tikiş atelyesi olub.

Paşinyanın sözlərinə görə, hazırda 444 nəfər təcrid olunub, daha 790 nəfər isə özünü təcrid edir. Baş nazir qeyd edib ki, təcrid üçün hələ bir sıra potensial var, ancaq miqyas böyüdükdə bu mənasız olacaq.

Koronavirus səbəbiylə Ermənistanda martın 16-da 30 gün müddətində (14 aprelədək) fövqəladə vəziyyət rejimi tətbiq edilib. Fövqəladə vəziyyət üçün məktəblərin və universitetlərin, mədəniyyət obyektlərinin işi məhdudlaşır, kütləvi tədbirlər ləğv edilir, Ermənistana giriş və çıxış məhdudlaşdırılır (lakin ləğv olunmur).

Məlumata görə, 16 ölkə vətəndaşlarının Ermənistana girişi qadağan olunub. Həmin ölkələdən yük daşıyan sürücülərə bu məhdudiyyət şamil edilmir.

Bu ölkələrdən qayıdan Ermənistan vətəndaşları dərhal 14 günlük karantinə yerləşdirilir.

GAXA.ge