İrakli Çikovani: Ən vacib 7 məhsulun qiymət artımı baş verməyəcək

Ən vacib 7 məhsulun qiymətində artım baş verməyəcək. GAXA-nın məlumatına görə, bu barədə baş nazirin sözçüsü İrakli Çikovani hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Baş nazir Qiorqi Qaxaria, Koordinasiya Şurasının iclasında kənd təsərrüfatı nazirinə müvafiq göstəriş verdiyini, bu mövzuda iş ilə məsləhətləşmələrin aparılmasını həvalə etdiyi haqqında məlumat verib.

"Baş nazir Kənd Təsərrüfatı Nazirliyinə qiymət dəyişməsinin vətəndaşlara təsir etməməsi üçün 7 əsas məhsulun qiymətlərini yüksəltməmək  üçün məsləhətləşmələrə başlamağı tapşırıb",- deyə İ. Çikovani bildirib.

Öz növbəsində Kənd Təsərrüfatı Naziri qiymət artımı baş verməyəcək məhsulun olduğu barədə məlumat verib: “düyü, un, makaron, günəbaxan yağı, süd tozu və ondan hazırlanan məhsullar kifayət qədər var."

GAXA.ge